• çərşənbə axşamı, 19 mart, 18:04
  • Baku Bakı 8°C

Marqaret Etvudun imzaladığı kitablar satışda

22.01.18 12:30 933
Marqaret Etvudun imzaladığı kitablar satışda
2017-ci ilin ən çox oxunan yazarlarından Marqaret Etvudun türkiyəli oxucuları üçün imzaladığı kitablar yanvarın 15-də kitab mağazalarında yerini alıb. "edebiyathaber”-in məlumatına görə, ötən ilə iki kitabı ilə möhür vurmuş kanadalı şair, tənqidçinin 1980-ci ildə işıq üzü görmüş "Qulluqçu qızın nağılı” ("Handmaids tale”) eyniadlı teleserialın mövzusu olub, geniş auditoriyanın marağını cəlb edib. Bu isə Etvudun şöhrətinə şöhrət qatdı. Etvudun nəsrdəki uğurlu əl işi "Alias Qreys”-in ("Alias Grace”) oxucuları da 2017-ci ildə roman film sektorunun diqqətini çəkdikdən sonra çoxaldı. Son on ildə Nobel Ədəbiyyat Mükafatına namizədlər sırasında Kanadanı təmsil edən xanım Etvud adını çəkdiyimiz bu iki məşhur əsərinin birlikdə 1500 nüsxəsini türkiyəli oxucuları üçün imzalayıb. Yazarın orijinal imzası ilə gətirilən kitablar artıq alıcılarını gözləyir. Məhdud sayda olan kitabları yalnız İdefix şəbəkəsi vasitəsilə əldə etmək olar. 1500 kitabın artıq 170 nüsxəsi üçün sifariş təsdiq edilib.
banner

Oxşar Xəbərlər