• cümə, 19 Aprel, 18:36
  • Baku Bakı 24°C

Maroş Şevçoviç: "Cənub Qaz Dəhlizi" işə düşəndə özümüzü daha etibarlı hiss edəcəyik"

15.02.18 18:30 880
Maroş Şevçoviç: "Cənub Qaz Dəhlizi" işə düşəndə özümüzü daha etibarlı hiss edəcəyik"
"Bizim əsas məqsədimiz enerji təchizatı sahəsində iştirak edən tərəflər arasında münasibətlərdə şəffaflığın təmin olunmasıdır".

"APA-Economics" xəbər verir ki, bunuAvropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidentiMaroş Şevçoviçbu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə,Avropa Komissiyasıbununla bağlı yeni qərarlar qəbul edib.

"Avropa İttifaqıölkələri istənilən enerji təchizatı məsələləriniAvropa Komissiyasının qərarlarına uyğun olub-olmadığını yoxlayır. Hər hansı bir təchizatçı yeni öhdəliklər əsasında bu və digər ölkənin ərazisində 40%-dən çox enerji təchizatını həyata keçirirsə, bu sahədə həmin təchizatçının bağladığı sazişAvropa Komissiyasına yoxlanılmaq üçün təqdim edilməlidir. Bu, o deməkdir ki,Avropa Komissiyasının qərarı vacibdir. Ən vacib məqam isə odur ki, biz enerji təchizatımızın şaxələndirilməsi istiqamətində işləyirik. Buna görə də bu gün biz burdayıq. Bu layihə üzərində fəal işləyirik. Eyni zamanda, qlobal bazarlara çıxışın təmin edilməsi üçün sıxılmış maye qaz terminal şəbəkəsi üzərində də işləyirik. 2020-ci ildə "Cənub Qaz Dəhlizi" Avropanı enerji ilə təmin etməyə başlayanda biz enerji təhlükəsizliyi baxımından özümüzü daha etibarlı hiss edəcəyik".
banner

Oxşar Xəbərlər