• çərşənbə, 24 Aprel, 16:21
  • Baku Bakı 27°C

Mark Zukerberqin siyahısı izləyicilərinin etirazına səbəb olub

29.02.16 09:47 1319
Mark Zukerberqin siyahısı izləyicilərinin etirazına səbəb olub
Feysbukun yaradıcısı tənqid olunur
Ötən ilin yanvar ayından nümunəvi qiraət hərəkatına rəhbərlik edən feysbuk sosial şəbəkəsinin qurucusu Mark Zukerberq izləyicilərinin tənqidi ilə üzləşib. Belə ki, tez-tez şəxsi feysbuk səhifəsindən məsləhət bildiyi kitabların siyahısını paylaşan gənc novatar və internet fenomeninin bu dəfə təqdim etdiyi siyahı etirazlara s’b’b olub. “HuffingtonPost”-da yer almış “Hey, Mark Zukerberq, qadınlar da əhəmiyyətli kitablar yazır” sərlövhəli məqalədə bildirilir ki, Zukerberqin açıqladığı 23 kitablıq siyahıda bütün müəlliflərin kişi olması izləyicilərin də, xanım yazarların da etirazına səbəb olub. “Feysbukda durmadan qısa statuslar yazmaqdansa, böyük fikirlər yazmağa üstünlük verin” məsləhəti ilə geniş qiraət hərəkatı və onlayn müzakirə klubu yaratmış Zukerberqin “ən yararlı və sevimli” kitablar kimi paylaşdığı əsərlərin arasında xanım müəlliflərin olmaması isə tənqidçilərin onu “monolitik” adlandırması ilə nəticələnib. Siyahıda 1377-ci ildə yazılmış kitablardan müasir dövr sosialogiyanın atası sayılan Henri Kissingerə kimi bir çox müəllif və ən müxtəlif janrlarda əsərlər olsa da, bir dənə də olsun, xanım müəllif yer almayıb. İzləyənləri isə bir tərəfdən Markı qınayarkən, digər tərəfdən də ona xanım müəlliflərin yazdığı əvəzsiz kitabları məsləhət görüblər. Marka məsləhət görülən kitablar arasında ən çox Mişel Aleksandrın “Yeni Cim Krou” (“The New Jim Crow”) və Eula Bissin “Toxunulmazlıq haqqında (“On immunity”) əsərlərinin adı çəkilib. Roksana Qeyin “Pis feminist” (“Bad feminist”), Meqan Daumun “Xəsis, dayaz və mənmərkəzli” (“Selfish, shallow and self-absorbed”), Katerin Boonun “Möhtəşəm sonsuzluqların ardından” (“Behind the beautiful forevers”) əsərlərinin yer aldığı məsləhət görülənlər siyahısında Virciniya Vulf, Simona Bavuar kimi klassiklərin adlarının çəkilməməsi də gözdən qaçmır.
banner

Oxşar Xəbərlər