Mark Esper:

Mark Esper: "NATO müttəfiqi Türkiyəyə qarşı vuruşmayacaq"

Təfsilat
14 Oktyabr 2019, 12:30 88
NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Mark Esper Türkiyənin Suriyanın şimalında keçirdiyi "Barış pınarı" antiterror əməliyyatını şərh edərkən deyib.
"Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə – bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil", - Pentaqon başçısı deyib.
Bununla yanaşı, Esper Suriyanın şimalında vəziyyətin "çətinləşə" biləcəyindən narahatlığını ifadə edib. "Hazırda biz oradan (Suriyanın şimalından – red) azı 1000 əsgərimizin təhlükəsiz çıxarılması üzərində işləyirik. Mən bununla əlaqədar olaraq hər hansı qrafik səsləndirmək istəmirəm, orada vəziyyət hər saat dəyişir", - o qeyd edib.
Esper vurğulayıb ki, mexanikləşdirilmiş bölmələr, artilleriya və ABŞ aviasiyası "15 minlik türk qüvvələrinə" mane olmayacaqlar.