• çərşənbə, 24 Aprel, 16:40
  • Baku Bakı 27°C

Mariya Zaxarova: “Bəzən anti-Azərbaycan kampaniyası aparılır və bununla nəsə etmək lazımdır”

27.07.18 13:09 641
Mariya Zaxarova: “Bəzən anti-Azərbaycan kampaniyası aparılır və bununla nəsə etmək lazımdır”
"Rusiya ilə Azərbaycan Xarici İşlər nazirlikləri arasında fəaliyyət planı mövcuddur və bu plana əsasən iki ölkə XİN-ləri arasında intensiv məsləhətləşmələr aparılır”.
APA-nın məlumatına görə, bunu məsləhətləşmələrin yekunları barədə danışan Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, informasiya sahəsində aparılan məsləhətləşmələr konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib: "Media ilə iş, sosial şəbəkələr, rəqəmsal diplomatiya sahələrində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirdik”.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd edib ki, Rusiya jurnalistlərinin Azərbaycanda və əksinə, Azərbaycan media nümayəndələrinin Rusiyada fəaliyyətinin asanlaşdırılması üçün fikir mübadiləsi aparılıb və bu məsləhətləşmələri intensivləşdirmək barədə qərar qəbul olunub: "Bəzən anti-Azərbaycan kampaniyası aparılır və bununla nəsə etmək lazımdır. Azərbaycanın və Rusiyanın iştirak etdiyibeynəlxalq təşkilatlarda mənfi və destrukriv tendensiyaya qarşı mübarizə aparmaq üçün alətlər mövcuddur”.
banner

Oxşar Xəbərlər