• cümə axşamı, 18 aprel, 13:03
  • Baku Bakı 22°C

Mariya Zaxarova amerikalı diplomatın Rusiya şəhərlərində mümkün terror aktları ilə bağlı bəyanatını şərh edib

29.09.16 13:45 902
Mariya Zaxarova amerikalı diplomatın Rusiya şəhərlərində mümkün terror aktları ilə bağlı bəyanatını şərh edib
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət departamentinin suriyalı ekstremistlərin Rusiya şəhərlərində terror aktları törədə biləcəyi barədə bəyanatını şərh edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN sözçüsü amerikalı həmkarına "Facebook" səhifəsi vasitəsi ilə cavab verib.

"Sizə elə gəlmir ki, "kisələrdə cəsədlər", "Rusiya şəhərlərində terror aktları", "təyyarə itkiləri" kimi bəyanatlar daha çox "fas" komandasına oxşayır, nəyinki diplomatın şərhinə? Bu hücumları mötədil qüvvələr edəcək? Hansılar ki, Vaşinqton yarım il "Ən Nüsra”dan ayıra bilmir?", - deyə M. Zaxarova bildirib.

Qeyd edək ki, Dövlət Departamentinin sözçüsü Con Kirbi keçirdiyi mətbuat konfransında bəyan edib ki, Suriyada vətəndaş müharibəsi davam etsə də, ekstremistlər əməliyyatları genişləndirmək üçünboşluqlardan istifadə edəcəklər, Rusiya isə resurslarını itirməkdə davam edəcək.
banner

Oxşar Xəbərlər