• cümə, 29 Mart, 16:00
  • Baku Bakı 14°C

Marin Le Pen: Avropa İttifaqı bütün sahələrdə müvəffəqiyyətsizliyə uğrayıb

23.01.17 11:00 833
Marin Le Pen: Avropa İttifaqı bütün sahələrdə müvəffəqiyyətsizliyə uğrayıb
Avropa İttifaqı (Aİ) süqut edib, ancaq özü hələ bunu bilmir. Aİ bütün sahələrdə müvəffəqiyyətsizliyə uğrayıb. İqtisadi inkişaf olduqca zəifdir. Sosial sahədə işsizlik və yoxsulluğun səviyyəsi çox yüksəkdir. Təhlükəsizlik məsələlərinə gəldikdə, Aİ öz sərhədlərini qorumaqda acizdir və bizi terrorizmə qarşı qoruya bilmir.
AZƏRTACxəbər verir ki, bunu Fransanın ultrasağçı Milli Cəbhə partiyasının sədri xanım Marin Le Pen Almaniyanın "Bild am Sonntag” qəzetinə açıqlamasında deyib.
Fransanın Aİ-yə üzvlüyünün perspektivləri barədə danışan Le Pen deyib: "Sərhədlər, maliyyə, iqtisadiyyat və məhkəmə sahələrində müstəqilliyimizi Aİ-dən tələb edəcəyik. Əgər Aİ buna razı olarsa, onda millətlərdən ibarət vahid Avropanı qura bilərik. Yaxud, əksinə, Aİ buna "Yox” deyərsə, o halda mən Avropa İttifaqından çıxmalı olduğumuzu fransızlara izah edər və bunun təsdiq edilməsinə nail olaram”.
banner

Oxşar Xəbərlər