• şənbə, 20 Aprel, 13:27
  • Baku Bakı 23°C

"Maribor" - "Qəbələ" oyununda tanınmış hakim

23.08.16 19:51 1369
"Maribor" - "Qəbələ" oyununda tanınmış hakim
"Qəbələ”nin UEFA Avropa Liqasının pley-off mərhələsində keçirəcəyi cavab oyununun hakimləri bəlli olub.Trend-in məlumatına görə, avqustun 25-də Sloveniyanın "Maribor” klubu ilə keçiriləcək səfər qarşılaşmasını macarıstanlı hakimlər briqadası idarə edəcək.Matçın baş hakimi Viktor Kaşşai olacaq.
"Maribor” - "Qəbələ” matçı Mariborda "Lyusdki Vrt” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
Xatırladaq ki, komandalar arasında ilk oyun avqustun 18-də Bakıda keçirilib və "Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
banner

Oxşar Xəbərlər