AZE | RUS | ENG |

Mariana Vasileva: Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm

Mariana Vasileva: Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm
Dəstəyə və yaradılan bütün şəraitə görə

Azərbaycanda gimnastikanın inkişafı Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın adı ilə bağlıdır.

Bunu Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyi zamanı bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

M.Vasileva bildirib: "Bizim üçün yaradılan bütün şəraitə və göstərilən dəstəyə görə Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Biz gündən-günə inkişaf edirik, irəli addımlayırıq. Bizə özümüzü göstərmək və daha da inkişaf etmək üçün şans verilib. Biz ən yaxşı yarışları təşkil edirik. Bizim milli yarışlarımız dünya çempionatları kimi keçir və təşkilatçılıq səviyyəsinə görə onlardan geri qalmır. Bizdə dünyanın ən yaxşı arenası var. Burada təkcə yarışlar keçirilmir, həm də məşqlər təşkil olunur. Biz demək olar ki, təlim-məşq toplanışlarına getmirik. Əksinə, bizə gəlirlər. İndi burada Misirin gənclərdən ibarət komandası məşq edir, keçən həftə Macarıstan, eləcə də Avstraliya, Latviya gimnastları burada olub. Biz indi Yeni Zelandiya və Meksikadan idmançıları gözləyirik”.

Bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyi barədə danışan M.Vasileva qeyd edib ki, yarışda yüzdən çox gimnast iştirak edir:
"Onlar həm fərdi, həm də qrup hərəkətlərində çıxış edir. Qeyd edim ki, gimnastların səviyyəsi və çıxışlarının keyfiyyəti artır”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6570
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.2835
KWD 1 Küveyt dinarı 5.6023
SEK 1 İsveç kronu 0.1853
EUR 1 Avro 1.9349
CHF 1 İsveçrə frankı 1.7130
USD 1 ABŞ dolları 1.7000