• çərşənbə axşamı, 16 aprel, 16:01
  • Baku Bakı 19°C

Maradona yenə də dava saldı

03.12.18 16:10 473
Maradona yenə də dava saldı
Meksikanın "Dorados” klubunun baş məşqçisi Dieqo Maradona insidentə səbəb olub.
Kaspi.az xəbər verir ki, "Dorados” Meksika 2-ci liqasının pley-offunda "Atletiko San-Luis”lə qarşılaşıb. Dieqonun komandası 2:4 hesabı ilə məğlub olub.
Oyundan sonra "Atletiko”nun azarkeşləri Maradonanın ünvanına təhqiramiz ifadələr işlədiblər. Bu təhqirlərə dözməyən Maradona azarkeşlərə cavab verib.
Vəziyyət gərginləşib və Dieqo onu təhqir edən fanatlardan birini vurmağa cəhd göstərib. Ancaq klub əməkdaşları insidentin böyüməsinin qarşısını alıblar.
"Dorodos” iki oyunun nəticəsinə görə "atletiko”ya 3:4 hesabı ilə məğlub olaraq, elitaya vəsiqə qazana bilməyib.
banner

Oxşar Xəbərlər