Maradona üçün təcili yardım yarım saatdan sonra gəlib
İdman
26 Noyabr 2020, 16:58
257
Ötən gün vəfat etmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradona üçün təcili yardım gec gəlib.
"Report" xəbər verir ki, bu barədə onun vəkili Matias Morla tvitterdə yazıb.
O bildirib ki, təcili yardım gəlməsi 30 dəqiqədən çox çəkib. Morla bunu axmaqlıq adlandırıb. "Bu, nəticəsiz qalmamalıdır. Bütün halların sona qədər araşdırılmasını istəyəcəyəm".
Digər xəbərlər