• cümə axşamı, 25 aprel, 17:37
  • Baku Bakı 23°C

Maradona stadiondakı davranışına görə üzr istədi

17.06.18 11:20 554
Maradona stadiondakı davranışına görə üzr istədi
Dieqo Maradona Argentina - İslandiya oyunu zamanı yol verdiyi davranışa görə üzr istəyib.
Kaspi.az xəbər verir ki, Argentina futbolunun əfsanəsi DÇ-2018-in qaydalarını pozaraq, stadionda siqar çəkib. Maradona bildirib ki, stadionda siqaret çəkməyin qadağan edildiyi barədə məlumatı olmayıb. O, "facebook”da belə yazıb:
"Bizim üçün çətin gün idi. Çünki Argentina yığması böyük təzyiq altında DÇ-2018-də ilk oyununa çıxırdı. Hər kəs bu təzyiqi bir cür dəf etməyə çalışır.
Düzünü deyəcəyəm, stadionda siqaret çəkməyin qadağan edildiyi barədə məlumatım olmayıb. Hər kəsdən, o cümlədən turnirin təşkilatçılarından üzr istəyirəm.
İrəli, Argentina. Gəlin komandamızı heç vaxt olmadığı kimi dəstəkləyək”.
banner

Oxşar Xəbərlər