AZE | RUS | ENG |

Maradona “Napoli”nin baş məşqçisi olacaq

Maradona “Napoli”nin baş məşqçisi olacaq
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona məşqçilik karyerasını bərpa edir.
 
AZƏRTAC-ın xəbərinə görə, argentinalı idman ustası bir vaxtlar futbolçu kimi çıxış etdiyi İtaliyanın "Napoli” klubunun baş məşqçisi olacaq. 

 
Bu barədə D.Maradona İtaliya mətbuatına açıqlamasında bildirib. O deyib: "Neapollularla aramda ata-oğul münasibəti var. Otuz illik fasilədən sonra bu şəhərə ilk dəfə gəldiyim günün həyəcanını yaşayıram. Məqsədim komandanı "Yuventus”, "Milan”, "İnter” və "Roma” kimi klublarla başabaş mübarizə apara biləcək güclü bir kluba çevirməkdir”.
 
Qeyd edək ki, D.Maradona 1984-1991-ci illərdə "Napoli”də çıxış edib. Beş ildir ki, işsiz olan 56 yaşlı məşqçi son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vasl” klubunu çalışdırıb.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056