AZE | RUS | ENG |

Maradona mitinqə çıxdı

Maradona mitinqə çıxdı
Məşhur argentinalı futbolçu Dieqo Maradona hakim partiyanın Venesuela prezidentliyinə namizəd Nikolas Maduronun tərafdarlarının mitinqində iştirak edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Associated Press" agentliyi xəbər yayıb. Bir neçə yüz min insanın qatıldığı mitinq Maduronun seçkiqabağı kampaniyasının yekun tədbiri olub. Mitinqdə iştirak edən Dieqo Maradona hakim partiyanın prezidentliyə namizədinin tərəfdarlarını salamlayıb. Sonra o, bir neçə topu imzalayaraq, mitinq iştirakçılarına tərəf göndərib. Maradona mitinq iştirakçılarının qarşısına Maduronun tərəfdarlarının rəngi hesab olunan qırmızı köynəkdə çıxıb. Venesuelada Uqo Çavesin ölümündən sonra elan edilən növbədənkənar prezident seçkiləri aprelin 15-də keçirləcək. Uqo Çavesin özünün varisi seçdiyi Nikolas Maduro ölkə başçısı postu uğrunda müxalifətin vahid namizədi Enrike Kaprileslə mübarizə aparacaq.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311