• cümə, 29 Mart, 14:35
  • Baku Bakı 14°C

Maradona meksikalılarla anlaşdı

07.09.18 12:40 586
Maradona meksikalılarla anlaşdı
Dieqo Maradonanın məşqçi karyerasını Meksikada davam etdirəcəyi ilə bağlı yayılan məlumat təsdiqini tapıb.
Kaspi.az xəbər verir ki, Maradona Meksikanın "Dorados de Sinaloa” klubu ilə müqavilə bağlayıb. Bu barədə məlumatı klubun rəsmi "tvitter” səhifəsi yayıb. Müqavilənin detalları barədə məlumat verilmir.
Maradona may ayında Belarusun "Dinamo-Brest” klubunun idarə heyətinin sədri təyin olunmuşdu. Ancaq o, uzun müddət idi ki, Belarusa gəlmirdi.
Maradonanın məşqçi kimi son iş yeri Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Fucayra” klubu olub.
banner

Oxşar Xəbərlər