• cümə, 29 Mart, 04:31
  • Baku Bakı 7°C

Maradona: “Folklend adaları Argentinanındır”

03.04.20 15:30 901
Maradona: “Folklend adaları Argentinanındır”
Argentina futbolunun əfsanəsi Dieqo Maradona Folklend münaqişəsi zamanı həlak olan argentinalıların xatirəsini anıb.
Kaspi.az xəbər verir ki, Maradona "instaqram”da bununla bağlı şəkil paylaşıb. O, adaların Argentinaya məxsus olduğunu vurğulayıb:
"Sizə hörmət və izzətlə. Qürurumuzu itirməmişik. Folklend adaları Argentinaya aiddir!”
Hər il aprelin 2-də Folklend müharibəsində həlak olanların xatirəsi Argentinada yad olunur. Böyük Britaniya ilə Argentina arasında olan bu müharibə 1982-ci ilin 2 aprelində başlayıb və həmin ilin 14 iyununda başa çatıb.
banner

Oxşar Xəbərlər