• cümə, 19 Aprel, 10:07
  • Baku Bakı 13°C

Maradona bu gün qayıda bilər, amma Meksikaya

06.09.18 11:30 647
Maradona bu gün qayıda bilər, amma Meksikaya
Belarusun "Dinamo-Brest” komandasının idarə heyətinin sədri Dieqo Maradona məşqçi karyerasını bərpa edə bilər.
Kaspi.az xəbər verir ki, Maradonanın xidmətində Meksikanın "Dorados de Sinaloa” klubu maraqlıdır. Bu barədə məlumatı jurnalist Martin Arevalo yayıb:
"Ümid edirəm ki, o bu işi alacaq. Sabah (bu gün) biz Maradonanın "Dorados de Sinaloa” ya baş məşqçi təyin olunmasına şahidlik edə bilərik. Bu, Dieqonun yenidən baş məşqçi olması üçün yaxşı fürsətdir”.
Bir müddət əvvəl yayılan məlumatda bildirilirdi ki, Maradona uzun müddətdir Brest "Dinamo”sundakı vəzifəsini icra etmir. O, verdiyi açıqlamada vəd etmişdi ki, yaxın günlərdə Belarusa qayıdacaq.
banner

Oxşar Xəbərlər