• cümə, 29 Mart, 12:23
  • Baku Bakı 14°C

Maradona Belarusda işləyəcək?

14.05.18 14:15 678
Maradona Belarusda işləyəcək?
Argentina futbolunun əfsanəsi Dieqo Maradona məşqçilik karyerasını Belarusda davam etdirə bilər.
Kaspi.az xəbər verir ki, Maradona ilə Brestin "Dinamo” klubu maraqlanır. Dieqonun agenti Stefano Sesi brestlilərlə danışıq apardıqlarını təsdiqləyib.
O bildirib ki, sabah Maradonanın vəkili ilə birgə Dubayda "Dinamo”nun nümayəndələri ilə görüşəcəklər. Maradona hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Fucayra” klubunu çalışdırır.
"Dinamo” 7 oyundan sonra 9 xal toplayaraq Belarus çempionatında 7-ci pillədə qərarlaşıb.
banner

Oxşar Xəbərlər