• çərşənbə, 24 Aprel, 10:07
  • Baku Bakı 13°C

Maradona Alvesi “axmaq” adlandırdı

20.06.17 14:00 1298
Maradona Alvesi “axmaq” adlandırdı
Ötən həftənin sonunda "Yuventus”un müdafiəçisi Dani Alves "Esporte Interativo” telekanalının efirində Dieqo Maradonanı kəskin tənqid etmişdi.
Kaspi.az xəbər verir ki, Alves Lionel Messi ilə Dieqo Maradonanın müqayisəyə gəlmədiyini bildirmişdi. O, Maradonanı hamını aldatmaqda ittiham etmişdi:
"Hamı onları müqayisə etmək istəyir. Ancaq onlar müqayisə oluna bilməzlər. Maradonanın neçə "Qızıl top”u var? Mən əllə vurduğum qol hesabına qazanılan dünya çempionluğu ilə qürur duymazdım. Hamı "Tanrının əli” deyir. Ancaq belə deyil. Maradona hamımızı aldadıb. Belə idmançı nümunə göstərilə bilməz”.
Alvesin fikirlərinə Maradona belə cavab verib: "Dani Alves axmaqdı. Bu futbolçu topa 3-4 dəfə toxunanda 8 dəfə qaydanı pozur. O, meydanda elə mövqedə çıxış edir ki, onun futbol oynamağına ehtiyac yoxdur”.
Dieqo Maradonanın vaxtında "Qızıl top”u ancaq avropalı futbolçulara verirdilər.
banner

Oxşar Xəbərlər