• cümə axşamı, 25 aprel, 06:13
  • Baku Bakı 14°C

Maqsud Şeyxzadənin 110 illik yubileyi qeyd olunacaq

28.11.18 09:15 687
Maqsud Şeyxzadənin 110 illik yubileyi qeyd olunacaq
Bu il Özbək ədəbiyyatında dramaturgiyanın banisi, tərcüməçi, pedaqoq, tanınmış ədəbiyyat nümayəndəsi, azərbaycanlı Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi tamam olur.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə tanınmış drammaturqun 110 illiyi münasibəti ilə Daşkənd və Bakıda Beynəlxalq elmi konfranslar, habelə Maqsud Şeyxzadəyə həsr olunmuş "İki xalqın iftixarı” adlı sənədli filmin və "Özbək şeir çələngi” adlı kitabın təqdimatı keçiriləcəkdir.
Cari il 14 dekabr tarixində Daşkənddə keçiriləcək tədbir ÖzbəkistandakıHeydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat İnstitutu, habelə Şeyxzadənin uzun illər fəaliyyət göstərdiyi Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin təşçkilatçılığı və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin dəstəyi ilə keçiriləcəkdir.
Elmi konfransda Özbəkistan elminin, ədəbiyyatının tanınmış simaları - akademiklər Naim Kərimov, Baxtiyar Nazarov, tanınmış ədəbiyyatşünas alimlər Nurbay Cabbarov, Hamidulla Hamidi, Hamidulla Boltabayev, Babaxan Şərif və başqaları məruzələrlə çıxış edəcəklər.
Öz fəaliyyəti ilə iki xalq arasında dostluq körpüsü yaradan dahi dramaturq Maqsud Şeyxzadənin yubileyi ədibin vətəni Azərbaycanda da geniş qeyd olunacaqdır.
Qeyd edək ki, Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyayev qeyd etmişdir ki, "görkəmli özbək yazıçısı və alimi, "Böyük xidmətləri üçün” ordeni ilə təltif olunmuş Maqsud Şeyxzadə tarixi və mənəvi qohumluğumuzun parlaq rəmzidir. Azərbaycanda doğulan və amansız repressiya illərində Özbəkistana gələn Şeyxzadə burada özünə nəinki ev-eşik və dostlar tapdı, həm də yaşayıb-yaratdı. O, haqlı olaraq, XX əsr Özbəkistan ədəbiyyatının ən yaxşı nümayəndələrinin fəxri siyahısına daxildir.”
Azərbaycanda keçiriləcək Beynəlxalq Konfrans isə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycanın "Kaspi” qəzeti və təhsil şirkəti ilə birgə təşkil olunacaqdır. Bakıda Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək Beynəlxalq Konfranda Özbəkistandan da bir sıra alimlər, ədəbiyyatşünaslar iştirak edəcəklər. Tədbirlər çərçivəsində Maqsud Şeyxzadənin həyat və yaradıcılığına həsr olunmuş sənədli materialların, həm də bədii parçaların yer aldığı "İki xalqın iftixarı” adlı sənədli film nümayiş etdiriləcəkdir.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi ilə əlaqədar Mərkəzin layihəsi ilə Daşkənddə çap olunmuş "Özbək şeir çələngi” adlı kitabda Şeyxzadənin "Bir zamanlar”, "Bahar yağışı” adlı şeirləri Özbək və Azərbaycan dillərində yer almışdır. Keçiriləcək tədbirlər çərçivəsində kitab iştirakçılara təqdim olunacaqdır.
Maqsud Şeyxzadə özbək klassik əbədiyyatını öyrənmiş, tədqiq etmiş, özbəkəbədiyyatıtarixini, ədəbiyyatşünaslıq nəzəriyyəsini təkmilləşdirmiş və onu yeni-yeni elmi axtarışlarla zənginləşdirmişdir.Maqsud Şeyxzadə yaradıcılığının zirvəsi onun dramaturgiyası hesab olunur.
Dahi dramaturq Özbək xalqının qəhrəmanı "Cəlaləddin Mənguberdi", hökmdar "Mirzə Uluğbəy" kimi tarixi şəxsiyyətlərə dair yaratdığı əsərləri, tarixi faciələrlə özbək dramaturgiyasının əsasını qoymuş, "Daşkəndnamə” kimi mənzum faciələrlə ölməz əsərlər yaratmışdır. Şeyxzadə dünya şöhrətli özbək şairi Əlişer Nəvai irsini tədqiq edənlərdən biri olmuş və onun "Seçilmiş əsərləri"nin bir kitabıNəvaiyə həsr edilmişdir».
Maqsud Şeyxzadə Özbəkistanda böyük tərcümə məktəbinin də əsasını qoymuşdur. O, Nizami Gəncəvi, Məhəmməd Füzuli, M.F.Axundov, A.S.Puşkin, M.Lermontov, V.Şekspir, İ.Höte, C. Bayron, Ş.Rustaveli və bir sıra başqa dünya klassiklərinin əsərlərini özbək dilinə tərcümə edib.
banner

Oxşar Xəbərlər