• çərşənbə axşamı, 23 aprel, 22:43
  • Baku Bakı 20°C

Maqnus Karlsen: Teymur Rəcəbov çox yaxşı mübarizə apardı

01.04.19 11:30 575
Maqnus Karlsen: Teymur Rəcəbov çox yaxşı mübarizə apardı
Şahmat üzrə dünya çempionu Maqnus Karlsen "Shamkir Chess 2019” turnirinin birinci turunda Azərbaycan təmsilçisi Teymur Rəcəbovla heç-heçənin ədalətli nəticə olduğunu deyib.
AZƏRTACxəbər verir ki, norveçli şahmatçı ilk turu belə şərh edib: "Qara fiqurlarla oynadığım partiyada rəqib səhv etmədi. Ciddi üstünlük olmadığı üçün risk etmək yersiz idi. Teymur çox yaxşı mübarizə apardı. Fikrimcə, ilk turlarda heç-heçələrin qeydə alınması normaldı. Adətən, superturnirlərdə qələbələr az, amma həlledici olur. Bu dəfə də Şəmkirə uğur qazanmaq üçün gəlmişəm. Ümid edirəm, qarşıdakı oyunlar istədiyim kimi olacaq”.
M.Karlsen onun üçün hansı rənglə mübarizə aparmağın o qədər də vacib olmadığını deyib: "Püşkdən sonra 5 partiyada qara fiqurlarla mübarizə aparacağım dəqiqləşdi. Əslində belə güclü yarışda 5 dəfə qaralarla oynamaq asan olmayacaq. Amma bu, məni qorxutmur. Rəqibləri düşünürəm. Əsas rəqibin oyunu, ona hazırlaşmağımdır. Məhz bu səbəbdən turnirlərdə iştirakçıların sayının cüt və ya tək olması önəmli deyil”.
banner

Oxşar Xəbərlər