• şənbə, 20 Aprel, 01:20
  • Baku Bakı 15°C

Maqnus Karlsen Hikaru Nakamura ilə superturnirin finalında mübarizə aparacaq

03.05.20 15:45 583
Maqnus Karlsen Hikaru Nakamura ilə superturnirin finalında mübarizə aparacaq
Mayın 3-də şahmat üzrə onlayn superturnirdə final mübarizəsi başlayır.
AZƏRTACxəbər verir ki, finalda dünya çempionu Maqnus Karlsen amerikalı şahmatçı Hikaru Nakamura ilə mübarizə aparacaq.
Xatırladaq ki, M.Karlsenin dəvəti ilə keçirilən onlayn superturnirə 8 idmançı qatılıb. Turnirdə qrup mərhələsini H.Nakamura və çinli Liren Dinq hərəyə 15, M.Karlsen və F.Karuana hərəyə 13, rusiyalı Yan Nepomnyaşi 8, niderlandlı Aniş Giri, FIDE təmsilçisi Əlirza Firuzca hərəyə 7, fransalı Maksim Vaşe-Laqrav 6 xalla başa vurublar.
İlk dörd yerdə qərarlaşan şahmatçılar yarımfinala vəsiqə qazanıblar. Yarımfinal mübarizəsində M.Karlsen çinli Liren Dinq, H.Nakamura həmyerlisi Fabiano Karuana üzərində qələbəsi sayəsində finala adlayıblar.
Turnirin mükafat fondu 250 min dollardır.

banner

Oxşar Xəbərlər