• çərşənbə axşamı, 19 mart, 14:17
  • Baku Bakı 8°C

Manilada azad ticarət üzrə regional əməkdaşlıq barədə danışıqlar keçirilir

11.09.17 09:25 801
Manilada azad ticarət üzrə regional əməkdaşlıq barədə danışıqlar keçirilir
Asiya və Sakit Okean regionunun 16 dövlətinin ticarət nazirləri Manilada azad ticarət üzrə regional əməkdaşlıq barədə müzakirələr aparırlar.
AZƏRTACxəbər verir ki, Yaponiya, Çin, Hindistan, Koreya Respublikası və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzvü olan ölkələrin rəsmi nümayəndələri artıq dörd ildir kompleks regional iqtisadi əməkdaşlıqla bağlı danışıqlarda iştirak edirlər.
Danışıqların bu dəfəki raundunda tariflər, əqli mülkiyyət və hökumət ayırmaları kimi məsələlər müzakirə olunur.
Bu il 50 illik yubileyini qeyd edən ASEAN-ın üzvü olan ölkələr iştirakçıları cari ilin sonunadək həmin sahədə mühüm irəliləyişə nail olmağa çağırırlar.
banner

Oxşar Xəbərlər