• cümə, 29 Mart, 11:51
  • Baku Bakı 5°C

Mandela dəfn edilib

16.12.13 08:17 1254
Mandela dəfn edilib
APA-nın “Agence France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, N. Mandela doğulub boya-başa çatdığı, ölkənin cənub şərqində yerləşən Kunu kəndində torpağa tapşırıb.
Dəfn mərasimində N. Mandelanın qohumlarının dəvət etdiyi 450 nəfər iştirak edib. Dəfn mərasimində iştirak edənlər arasında CAR-ın hazırkı prezidenti Ceykob Zuma da olub. C. Zuma mərasimdə nitq söyləyib.
N. Mandelanın meyiti yaylım atəşi altında torpağa tapşırılıb, onun qəbri kənarında fəxri qarovul düzülüb.
Sabiq prezidentin torpağa tapşırıldığı məzarlığın yaxınlığında isə qapalı dəfn mərasiminə buraxılmayan 4500 nəfər toplaşıb.
Qeyd edək ki, Cənubi Afrika Respublikasının lideri, sabiq prezident Nelson Mandela cari ilin iyun ayında kəskin ağciyər infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Noyabrda CAR hökuməti onun səhhətinin stabil kritik vəziyyətdə olduğunu təsdiqləyib. N. Mandela dekabrın 5-də dünyasını dəyişib.
10 gün ərzində ölkədə onunla vida mərasimləri keçirilib. Bəzi məlumatlara görə, onunla vida mərasimlərinə on minlərlə insan qatılıb. N. Mandela ilə vida mərasimində müxtəlif ölkələrin liderləri, o cümlədən ABŞ prezidenti Barak Obama da iştirak edib.
N. Mandela CAR tarixində ilk qaradərili prezident olub. O, 1994-cü ilin may ayından 1999-cu ilin iyununadək ölkəni idarə edib. Aparteid rejiminə qarşı fəal mübarizə apardığına görə ömrünün 27 ilini həbsxanada keçirib. 1993-cü ildə N. Mandela Nobel sülh mükafatına layiq görülüb.
banner

Oxşar Xəbərlər