• çərşənbə axşamı, 19 mart, 06:28
  • Baku Bakı 8°C

Mançesterdə terrorda ölənlərin sayı 22 nəfərə çatıb

23.05.17 11:10 627
Mançesterdə terrorda ölənlərin sayı 22 nəfərə çatıb
Ötən gün "Mançester Arena”da amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayışda ölənlərin sayı 22-yə çatıb.
APA-nın "İndependent”ə istinadən verdiyi məlumata görə, ölənlər arasında uşaqların olduğu deyilir. Hadisə nəticəsində 59 nəfər yaralanıb.
Polis əməkdaşı Yen Hopkins bildirib ki, hadisəni törədən şəxsin üzərinə kustar üsulla hazırlanmış partlayıcı mexanizm yerləşdirilib və partlayış törədilib. Hadisə zamanı həmin şəxs də ölüb. Onun hər hansı terror təşkilatı və dəstə ilə bağlılığı araşdırılır.
banner

Oxşar Xəbərlər