• şənbə, 20 Aprel, 05:52
  • Baku Bakı 15°C

“Mançester Yunayted”ə yeni baş məşqçi təyin edildi

19.05.14 17:32 1324
“Mançester Yunayted”ə yeni baş məşqçi təyin edildi
“Mançester Yunayted” klubunun yeni baş məşqçisi məlum olub. Lent.az-ın xəbərinə görə, yeni mövsümdən klubu hollandiyalı idman mütəxəssisi Lui Van Qal çalışdıracaq. Təcrübəli baş məşqçi ilə 3 illik müqavilə imzalanıb. Van Qalın köməkçisi isə klubun əfsanəvi futbolçusu Rayn Giqqz olacaq.
Qeyd edək ki, Aleks Ferqyusonun gedişindən sonra onu əvəzləyən David Moyes “Mançester Yunayted”də uğurlu mövsüm keçirə bilməyib. Şotlandiyalı məşqçi mövsüm başa çatar-çatmaz istefaya göndərilib.
Lui Van Qal hazırda Hollandiya yığmasının baş məşqçisidir. Onun dünya çempionatından sonra yeni komandasında işə başlayacağı bildirilir.
banner

Oxşar Xəbərlər