• cümə, 29 Mart, 13:46
  • Baku Bakı 14°C

“Mançester Siti” iki gündür ki, Çinə uça bilmir

16.07.19 09:21 18789
“Mançester Siti” iki gündür ki, Çinə uça bilmir
İngiltərənin "Mançester Siti” klubu ardıcıl iki gündür "Premier League Asia Trophy” turnirində iştirak üçün Çinə yollana bilmir.
Trend-in məlumatına görə, buna səbəb səfərin təşkilatçısı "Thomas Cook” şirkətinin əməkdaşlarının səhlənkarlığa yol vermələridir. Belə ki, onlar iyulun 14-də çarter reysinin uçuş tarixi ilə bağlı səhv ediblər. Bir gün sonra isə hava məkanında yer sifariş etməyi unudublar.
"Şəhərlilər” bu gün Çinə yollanmağa ümid edirlər.
Qeyd edək ki, "Mançester Siti” iyulun 17-də turninir yarımfinalında "Vest Hem”lə qarşılaşacaq.
banner

Oxşar Xəbərlər