• cümə axşamı, 25 aprel, 11:33
  • Baku Bakı 14°C

Manatın xarici valyutalara nisbətən məzənnəsi açıqlanıb

17.08.16 10:07 991
Manatın xarici valyutalara nisbətən məzənnəsi açıqlanıb
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 16-sı ilə müqayisədə 0,25% möhkəmlənərək 1,6164 manat təşkil edib.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,86% möhkəmlənərək 1,8212 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 0,8% bahalaşaraq 0,0253 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,47% möhkəmlənərək 0,5508 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1055 manatdır. Beləliklə, funt sterlinq 1,19%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,59% artaraq 0,6949 manat təşkil edib.
banner

Oxşar Xəbərlər