• cümə axşamı, 25 aprel, 11:45
  • Baku Bakı 14°C

Manatın əsas xarici valyutalara qarşı məzənnəsi açıqlanıb

20.09.16 09:37 989
Manatın əsas xarici valyutalara qarşı məzənnəsi açıqlanıb
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 19-u ilə müqayisədə dəyişməyərək 1,6370 manat olub.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,1% möhkəmlənərək 1,8291 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə dəyişməyərək 0,0252 manat səviyyəsində qalıb.

Türkiyə lirəsinin məzənnəsi də sabit qalaraq 0,5499 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1346 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,09% ucuzlaşaraq 0,7087 manat təşkil edib.
banner

Oxşar Xəbərlər