• çərşənbə axşamı, 19 mart, 12:00
  • Baku Bakı 8°C

Manat lirə və funta nisbətən 1%-dən çox bahalaşıb

09.01.17 12:15 1281
Manat lirə və funta nisbətən 1%-dən çox bahalaşıb
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 6-sı ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,51% zəifləyərək 1,8677 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,33% ucuzlaşaraq 0,0298 manat səviyyəsində qərarlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 1,1% zəifləyərək 0,4863 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1701 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 1,2%-lik azalma baş verib.
Gürcüstan larisinin məzənnəsi də 0,17% möhkəmlənərək 0,6458 manat olub.
banner

Oxşar Xəbərlər