• cümə, 19 Aprel, 08:33
  • Baku Bakı 13°C

Manat lariyə nisbətən 2% ucuzlaşıb

27.12.16 12:15 862
Manat lariyə nisbətən 2% ucuzlaşıb
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 26-sı ilə müqayisədə dəyişməyərək 1,7622 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,21% zəifləyərək 1,8400 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl stabil qalaraq 0,0289 manat səviyyəsində qərarlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,02% zəifləyərək 0,5013 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1623 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,06%-lik azalma baş verib.
Gürcüstan larisinin məzənnəsi də 1,69% möhkəmlənərək 0,6546 manat olub.
banner

Oxşar Xəbərlər