• çərşənbə, 24 Aprel, 11:32
  • Baku Bakı 13°C

Manat əksər xarici valyutalara nisbətən möhkəmlənib

10.10.16 11:37 918
Manat əksər xarici valyutalara nisbətən möhkəmlənib
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 8-i ilə müqayisədə 0,2% azalaraq 1,6006 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,5% möhkəmlənərək 1,7914 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 8-i ilə müqayisədə 0,39% ucuzlaşaraq 0,0257 manat səviyyəsinə enib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,1% ucuzlaşaraq 0,5252 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9862 manatdır. Beləliklə, funt sterlinq 0,41%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,35% bahalaşaraq 0,6892 manat təşkil edib.
banner

Oxşar Xəbərlər