• şənbə, 20 Aprel, 08:58
  • Baku Bakı 14°C

Manat əksər valyutalara qarşı bahalaşıb

21.09.16 10:11 846
Manat əksər valyutalara qarşı bahalaşıb
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 20-si ilə müqayisədə 0,24% ucuzlaşaraq 1,6331manat olub.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,63% zəifləyərək 1,8176 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə dəyişməyərək 0,0252 manat səviyyəsində qalıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,53% ucuzlaşaraq 0,5470 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1174 manatdır. Beləliklə, funt sterlinq 0,81%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,24% ucuzlaşaraq 0,7070 manat təşkil edib.
banner

Oxşar Xəbərlər