• cümə, 29 Mart, 13:50
  • Baku Bakı 14°C

Manana ilə azərbaycanlı müğənni arasında qalmaqal

18.06.13 13:43 1670
Manana ilə azərbaycanlı müğənni arasında qalmaqal
Əməkdar artist Manana ilə həmkarı Almaz Ələsgərli arasındakı qalmaqal davam edir. Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin” verilişinə açıqlamasında Almazla aralarındakı münasibətdən danışıb:
“Mən Almaz Ələsgərli ilə heç vaxt küsməmişəm ki, indi də barışım. Bir vaxtlar deyirdilər ki, Almaz sənin haqqında danışıb, eşitmisən? Gördüm ki, ondan ünvanıma xoş sözlər gəlmir. Mən də kənara çəkilərək susdum. İndi aramızda ancaq “salam-sağ ol” var. Manana susub, yenə də susacaq”.
Qeyd edək ki, Manananın “bu sənətdə özüm yüksəlmişəm” sözünə Almaz Ələsgərli bərk əsəbləşib, bunları demişdi: “Təsəvvür etməzdim ki, Manana belə danışar. O, bu sözlərdən sonra gözümdən düşdü”.
Manana isə açıqlamasında insanların onun şəxsi həyatına qarışmamasını istəyib: “Maraqlıdır ki, insanlar niyə mənim həyatımdan danışırlar? Hamı çalışsın ki, nəsə pis söz deməzdən əvvəl bir qədər düşünsün”.
banner

Oxşar Xəbərlər