• çərşənbə axşamı, 16 aprel, 22:04
  • Baku Bakı 18°C

Maliyyə Nazirliyindən QHT və siyasi partiyalara xəbərdarlıq

31.03.14 15:48 1040
Maliyyə Nazirliyindən QHT və siyasi partiyalara xəbərdarlıq
Azərbaycanda «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» qanunun 29.4-cü maddəsinə və «Siyasi partiyalar haqqında» qanunun 21.2-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası» Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib və normativ-hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib.
«Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» qanunun 31.8-ci maddəsinə əsasən, illik maliyyə hesabatları 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir. Məlumat üçün bildirilir ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər