• cümə, 29 Mart, 13:32
  • Baku Bakı 14°C

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

02.04.18 15:43 714
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
Maliyyə Nazirliyiqeyri-hökumət təşkilatlarına müraciət edib.
"APA-Economics"in məlumatına görə, müraciətdə bildirilir ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan RespublikasınınMaliyyə Nazirliyinə təqdim etməlidirlər.
"Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli qərarı ilə təsdiq edilib və normativ hüquqi aktMaliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib: "Bu qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətindəMaliyyə Nazirliyinə təqdim edilməlidir".
Bundan başqa,Maliyyə Nazirliyitərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron alınması məqsədilə qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı hazırlanıb.www.qht-hesabat.maliyye.gov.azsayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatları təqdim etmək mümkündür.
"Məlumat üçün bildiririk ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub", - deyə məlumatda vurğulayıb.
banner

Oxşar Xəbərlər