AZE | RUS | ENG |

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib
Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.
 
Nazirlikdən "APA-Economics”ə verilən məlumata dörə, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
 
Qeyd edək ki, "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib.
 
Həmin qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:
 
Maliyyə vəziyyəti haqqında.
Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat.
Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
 
"Eyni zamanda, Maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və sizin təşkilatınızın maliyyə fəaliyyəti olmadığı təqdirdə yalnız həmin formanı dolduraraq Maliyyə Nazirliyi təqdim etməlisiniz”, - deyə məlumatda qeyd olunub.
 
Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. QHT təmsilçiləri www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim edə bilər.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000