• çərşənbə axşamı, 16 aprel, 10:31
  • Baku Bakı 14°C

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

12.01.18 17:55 652
Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib
Maliyyə Nazirliyiqeyri-hökumət təşkilatlarına müraciət edib.

Nazirlikdən "APA-Economics”ə verilən məlumata dörə, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan RespublikasınınMaliyyə Nazirliyinə təqdim etməlidirlər.

Qeyd edək ki, "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib.

Həmin qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

Maliyyə vəziyyəti haqqında.
Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat.
Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

"Eyni zamanda, Maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və sizin təşkilatınızın maliyyə fəaliyyəti olmadığı təqdirdə yalnız həmin formanı dolduraraqMaliyyə Nazirliyitəqdim etməlisiniz”, - deyə məlumatda qeyd olunub.

Bundan başqa,Maliyyə Nazirliyitərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. QHT təmsilçiləriwww.qht-hesabat.maliyye.gov.azsayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim edə bilər.
banner

Oxşar Xəbərlər