• cümə, 19 Aprel, 08:05
  • Baku Bakı 13°C

Maliyyə nazirlərinin və mərkəzi bankların rəhbərlərinin görüşü başa çatıb

10.06.19 10:37 446
Maliyyə nazirlərinin və mərkəzi bankların rəhbərlərinin görüşü başa çatıb
G20 ölkələri maliyyə nazirlərinin və mərkəzi bankların rəhbərlərinin Fukuokada iki gün davam etmiş görüşü yekun kommunikenin qəbulu ilə başa çatıb.
AZƏRTACxəbər verir ki, sənəddə nəhəng rəqəmsal korporasiyaların vergiyə cəlbi sisteminin daha səmərəliləşdirilməsi üzərində işin sürətləndirilməsinə xüsusi diqqət yetirilib. Söhbət Amazon, Apple, Facebook və Google kimi çoxfunksiyalı rəqəmsal nəhənglərdən gedir. Hesab olunur ki, bu və digər nəhəng korporasiyaların vergiyə cəlbi onların mərkəzi ofisinin hansı ölkədə yerləşməsindən yox, əsas gəliri hansı ölkədə əldə etməsindən asılı olaraq tətbiq edilməlidir.
G20 ölkələri, həmçinin hesab edirlər ki, dünya iqtisadiyyatında sabitləşmə müşahidə edilir və cari ilin ikinci yarısında və 2020-ci il ərzində dünya ticarətində gözlənilən gərginliyə baxmayaraq, onun inkişafı mötədil şəkildə davam edəcək.
Maliyyə liderləri, eyni zamanda, çirkli pulların yuyulması və virtual aktivlərdən istifadə edərək terrorçu qrupların maliyyələşdirilməsi ilə bağlı mübarizənin gücləndirilməsinə diqqəti artıracaqlarını da bildiriblər.
Bundan əlavə, sənəddə kreditlərin verilməsində şəffaflığın və inkişaf etməkdə olan ölkələrdə infrastruktur layihələri çərçivəsində borc öhdəliklərinə nəzarətin təmin edilməsinin zəruriliyi də vurğulanıb.
G20 ölkələri hesab edirlər ki, kriptovalyuta ilə əlaqədar cari vəziyyət dünya iqtisadiyyatı üçün özündə heç bir təhlükə daşımır, lakin buna baxmayaraq, valyutanın bu növündən cinayət məqsədilə istifadə riskləri qalmaqdadır.
Görüşün yekunu olaraq G20 ölkələrinin maliyyə liderləri cinayətkarlar tərəfindən mümkün hücumlara qarşı kibertəhlükəsizliyin davamlılığının möhkəmləndirilməsi məqsədilə əməkdaşlığı gücləndirmək barədə də razılığa gəliblər.
banner

Oxşar Xəbərlər