• cümə, 19 Aprel, 04:43
  • Baku Bakı 18°C

Malena Mard Milli Məclisin Avropa Parlamenti ilə əlaqələrin bərpasına dair qərarını şərh edib

01.10.16 15:12 920
Malena Mard Milli Məclisin Avropa Parlamenti ilə əlaqələrin bərpasına dair qərarını şərh edib
"Şadam ki, dünən Azərbaycan Milli Məclisi Avronestə qayıtmaqla bağlı məsələni nəzərdən keçirmək haqqında qərar qəbul etdi".APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Diplomat bildirib ki, Azərbaycanda səfərdə olan Avropa parlamentariləri azərbaycanlı həmkarları ilə işləməkdə maraqlı olduqlarını açıq bildiriblər.

"Avropa İttifaqıAzərbaycanla əlaqələri gücləndirməkdə maraqlıdır. Ümid edirəm ki, yaxın vaxtlarda bu, qanunvericilik müstəvisində də əks olunacaq", - deyə xanım Mard qeyd edib.
Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena MardAvropa İttifaqıilə Azərbaycan arasındakı alt komitələrin artıq öz fəaliyyətini bərpa etdiyini də dilə gətirib.O, oktyabr ayının ortalarında Azərbaycanla Aİ arasında ilk belə tədbirin keçiriləcəyini deyib:"Həmin görüşdən sonra növbəti məsələlər haqqında danışmaq mümkündür. "Avropa Şəhərciyi” layihəsində Avropa İttifaqında üzv ölkələr geniş tərkibdə iştirak edir. Bu, Avropa İttifaqının Azərbaycanla tərəfdaşlığı bilavasitə davam etdirmək niyyətində və qərarında olduğunu göstərir. Azərbaycanla güclü tərəfdaşlığımıza davam etməklə yanaşı, istər islahatların aparılması, istər təhsil sahəsində müvafiq mübadilə proqramlarının həyata keçirilməsi sahəsində münasibətlərimizi daha da möhkəmləndirmək istəyirik".
banner

Oxşar Xəbərlər