Maldivdə prezident seçkiləri bitdi
Maldivdə keçirilən prezident seçkilərində müxalifətdən olan namizəd Mohamed Solih qalib gəlib. Trend-in məlumatına görə, seçkilərdə o, seçicilərin səsinin 58,4 faizini toplamaqla, daha öncəki prezidenti qabaqlayıb. Maldivin prezidenti olmuş Abdulla Yəmin isə 41,6 faiz səs toplayıb.
Ümumilikdə səsvermədə 232 mindən çox adamın iştirak etdiyi qeyd edilir.
M.Solih Maldiv Birgə Müxalifət Koalisiyasını (Joint Opposition Coalition of the Maldives) təmsil edir.