AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Malayziya Azərbaycanla bütün mümkün birgə layihələri alqışlayır

Malayziya Azərbaycanla bütün mümkün birgə layihələri alqışlayır

Cəmiyyət
14 Sentyabr 2020, 10:00 124
Bir çox Malayziya şirkəti Azərbaycanla əməkdaşlığın üstünlüklərini öyrənirlər.

Bunu Malayziyanın Azərbaycandakı səfiri Yubazlan Bin Yusof deyib.

O bildirib ki, Malayziya həmişə yerli şirkətləri iqtisadiyyatın müxtəli sahələrində əməkdaşlığıa təşviq edib.

"Əlverişli şərait və mövcud imkanları nəzərə alaraq Malayziya Azərbaycanla bütün mümkün birgə layihələri alqışlayır".

Səfir əlavə edib ki, hazırkı dövrdə Malayziyanın Azərbaycandakı investisiyaları neft-qaz sahəsinə yönəlib. Xüsusilə, PETRONAS neft-qaz şirkətinin Azərbaycanla əməkdaşlığı diqqətə layiqdir:

"Qlobal enerji və texnologiya şirkəti olaraq Malayziyanın PETRONAS şirkəti geniş çeşidli yanacaq, sürtkü materialları və neft-kimya məhsullarının istehsalı iə məşğul olur. Müəyyən şərtlərlə Malayziyanın Azərbaycanla bu sahədə əməkdaşlığı genişləndirilə bilər."

PETRONAS-ın Azərbaycanla əməkdaşlığı barədə danışan səfir qeyd edib ki, şirkət "Şahdəniz 2" layihəsində məhsulun bölünməsi barədə azişdə 15,5 faiz, "Cənubi Qafqaz boru kəməri" şirkətində 15,5 faiz, SCPC holdinq şirkətində 15,5 faiz və Azərbaycan Qaz Təchizatı Şirkətində (AQTŞ) 12,4 faizlik payın sahibi olub. Şirkətin Azərbaycana bu günədək qoyduğu investisiyaların həcm 5 milyard dollar məbləğində ölçülür:

"Biz tikintisinin son mərhələsində olan və bu il istismara veriləcək Cənub Qaz Dəhlizi layihəsinin başa çatmasını səbrsizliklər ğözləyirik".

Bundan başqa, səfir PETRONAS-ın Azərbaycanın Koronavirusla Mübarizə Fonduna töhfəsini qeyd edib:

"PETRONAS Koronavirusla Mübarizə Fonduna 10 min manat vəsai köçürüb. PETRONAS Azərbaycanda "Şahdəniz" konsorsiumunun iştirakçılarından biri kimi COVID-19-un konsorsiumun əməliyyat prosesinə təsirinin yumşaldılması üzrə zəruri tədbirlərin keçirilməsində operatoru daim dəstəkləyir".

Eyni zamanda, Malayziya Azərbaycanın qeyri-neft sektorunda da, xüsusilə də turizm, alternativ bankçılıq, informasiya texnologiyaları və multimedia, eləcə də təhsil sahələrində əməkdaşlığın inkişafında maraqlıdır.

Səfir əlavə edib ki, Malayziya ilə Azərbaycan araında birbaşa aviaəlaqənin açılması regionlar arasında nəqliyyat dəhlizinin yaradılması üçün stimul ola bilər.

Artım potensialının olduğu sahələrdən biri də turizmdir. Səfir vurğulayıb ki, turizm sektoru sosial və mədəni mübadil yolu ilə insanlar arasında əməkdaşlığı stimullaşdıracaq, eləcə də ikitərəfl ticarət və iqtisadiyyatın inkişafına xidmət edəcək.

Trend