• cümə, 19 Aprel, 14:47
  • Baku Bakı 25°C

Maksim Oreşkin: “QAZ” avtomobil zavodunun inşası müddətində 1000-dək iş yeri yaradılacaq

09.02.19 18:19 571
Maksim Oreşkin: “QAZ” avtomobil zavodunun inşası müddətində 1000-dək iş yeri yaradılacaq
Hacıqabul Sənaye Məhəlləsindəki "QAZ” avtomobil zavodunun tikintisi müddətində 1000-dək iş yeri yaradılacaq.
AZƏRTACxəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin jurnalistlərə müsahibəsində deyib.
"Zavodun tikintisi layihəsi, Rusiya ilə Azərbaycan arasındakı digər layihələr kimi hər iki ölkəyə xeyir gətirir. Bu zavodun inşası müddətində minə yaxın iş yeri yaradılacaq. Avtomobillərin bəzi hissələrinin Rusiyada istehsal olunacağını nəzərə alsaq, bu əlavə məşğulluq, nəticədə Rusiya iqtisadiyyatının əlavə inkişafı deməkdir”, - deyə M.Oreşkin vurğulayıb.
Nazir qeyd edib ki, Rusiya-Azərbaycan birgə əməkdaşlığı hər iki ölkəyə daha çox iş yeri yaratmağa, yüksək əməkhaqqı təmin etməyə və insanların rifahını daha da yaxşılaşdırmağa imkan yaradır: "QAZ” avtomobil zavodunun tikintisi Rusiya-Azərbaycan əməkdaşlığının nəticəsi olan çoxsaylı layihələrdən biridir. Hazırda ölkələrimiz çox aktiv əməkdaşlıq edir. Artıq real nəticələr əldə olunub. Ümid edirik ki, bu zavodun istehsal etdiyi avtomobillər vətəndaşların həyat keyfiyyətini yüksəltməyə dəstək olacaq”.
banner

Oxşar Xəbərlər