• cümə, 29 Mart, 10:52
  • Baku Bakı 5°C

Makron və Ruhani arasında telefon danışığı olub

13.06.18 10:15 535
Makron və Ruhani arasında telefon danışığı olub
Fransa prezidenti Emmanuel Makron iranlı həmkarıHəsən Ruhaniilə Tehranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının ətrafında yaranmış vəziyyəti müzakirə edib.
"Emmanuel Makron İranın nüvə proqramına dair Vyana razılaşmasının icrasının davam etdirilməsində Fransa, Böyük Britaniya, Almaniya, Rusiya və Çinin maraqlı olduqlarını diqqətə çatdırıb”, - deyə Fransa hökumətinin məlumatında bildirilir.
Makron H.Ruhanini görülən işlər barədə məlumatlandırıb: "İranın da üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra edəcəyinə ümid edirik”.
"Prezident həmçinin İranın xahişinə cavab olaraq, Vyana sazişi üzrə birgə komissiyanın nazirlər səviyyəsində iclasını yaxın həftələrdə keçirmək təklif edib”, - deyə bəyanatda qeyd edilib.
Makron regiondakı vəziyyəti tənzimləməyə və etimadı bərpa etməyə imkan yarada biləcək daha geniş razılaşma barədə təklifi bir daha H.Ruhaniyə xatırladıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 8-də Vaşinqtonun İranın nüvə proqramına dair 2015-ci ildə əldə olunmuş Vyana sazişindən çıxdığını bəyan edib.
banner

Oxşar Xəbərlər