AZE | RUS | ENG |

Makron Notr-Dam kilsəsinin bərpa ediləcəyinə dair söz verib

Makron Notr-Dam kilsəsinin bərpa ediləcəyinə dair söz verib
Fransa prezidenti Emmanuel Makron yanğın baş verən Parisin Notr-Dam kilsəsinin bərpa ediləcəyinə dair söz verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu E.Makron kilsənin yaxınlığındakı meydanda jurnalistlərə açıqlamasında deyib.

Fransa prezidenti bildirib: "Mən sizə təntənəli şəkildə söz verirəm ki, biz kilsəni bərpa edəcəyik. Hamımız bir yerdə. Sabahdan həm Fransada, həm də onun sərhədlərindən kənarda vəsait yığımı başlayacaq".

E.Makron qeyd edib ki, yanğının söndürülüməsində iştirak edən yanğınsöndürənlərin sayəsində ən pis ssenaridən yayınmaq mümkün olub: "Yanğınsöndürənlərin sayəsində kilsənin fasadı və iki əsas qülləsi məhv olmadı".

Fransa prezidenti kilsədə baş verən yanğını "əsl faciə" adlandırıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933