• çərşənbə axşamı, 23 aprel, 13:58
  • Baku Bakı 24°C

Makron münaqişənin həllindən sonra Dağlıq Qarabağa səfər edəcəyini bəyan edib

31.01.18 15:40 600
Makron münaqişənin həllindən sonra Dağlıq Qarabağa səfər edəcəyini bəyan edib
"ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi FransaDağlıq Qarabağmünaqişəsinin bütün tərəflərini dinləmək yolunu davam etdirəcək".
APA-nın "News.am”a istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron Fransanınerməni təşkilatlarının Əlaqələndirmə Şurasının illik ziyafətində deyib.
Çıxışında "erməni soyqırımı” vəDağlıq Qarabağmünaqişəsinin həllinə toxunan E. Makron bildirib ki, Fransa kompromis tərəfdarıdır və "status-kvo”problemin həlli deyil.
Azərbaycanın işğal olunmuşDağlıq Qarabağbölgəsinə dəvət olunan E. Makron bir günbu səfəri gerçəkləşdirəcəyini və həmin gün münaqişənin həll olunduğunu söyləyəcəyinə ümidvar olduğunu bildirib.
banner

Oxşar Xəbərlər