• cümə axşamı, 25 aprel, 10:48
  • Baku Bakı 14°C

Makron məşhur futbolçularla nahar etdi

22.02.18 12:25 686
Makron məşhur futbolçularla nahar etdi
Liberiyanın yeni seçilmiş prezidenti, əfsanəvi futbolçu Corc Vea Fransaya səfərə gəlib.
Kaspi.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Veanın şərəfinə nahar verib. Yelisey sarayında verilən naharda Fransa çempionatının səfiri olan Didye Droqba da olub.
PSJ-nin futbolçusu Kilian Mbappe də məşhurlarla bir süfrə arxasında oturmaq şərəfinə nail olub. Nahara dəvət alan Mbappe təəssüratını bölüşüb:
"Bu görüşdən çox şey öyrəndim. Həqiqətən də böyük təcrübədi. Biz aktual məsələləri müzakirə etdik. Mən fransız olsam da, Afrika əsilliyəm.
Afrikada idmanın inkişafı mənim üçün çox önəmlidir. Bu sahədə köməyimi böyük məmnuniyyətlə təklif edəcəyəm”.
banner

Oxşar Xəbərlər