• cümə, 19 Aprel, 03:09
  • Baku Bakı 18°C

Makron himn biabırçılığına görə üzr istədi

09.09.19 11:15 766
Makron himn biabırçılığına görə üzr istədi
Fransa prezidenti Emmanuel Makron Albaniyanın baş naziri Edi Ramedən üzr istəyib.
Kaspi.az xəbər verir ki, Makron Avropa çempionatının seçmə mərhələsində keçirilən Fransa-Albaniya qarşılaşmasından əvvəl yaşanan himn qalmaqalına görə üzr istəyib. Fransada keçirilən qarşılaşmada Albaniyanın yox, Andorranın himni səsləndirilib.
Bundan sonra Albaniya yığmasının futbolçuları oynamaqdan imtina ediblər. Onlar ölkələrinin himni çalınmayana qədər meydana çıxmayacaqlarını bildiriblər.
Maraqlıdır ki, stadionun diktoru insidentə görə üzr istəyib. Amma üzrü Albaniyadan yox, Ermənistandan istəyib.
banner

Oxşar Xəbərlər