• cümə, 29 Mart, 14:26
  • Baku Bakı 14°C

Makron G7 sammitində danışıqların mövzularını açıqlayıb

09.06.18 11:30 491
Makron G7 sammitində danışıqların mövzularını açıqlayıb
Bu gün "Böyük yeddilik” (G7) ölkələrinin liderləri birgə görüş zamanı Şimali Koreya, İran vəSuriyanı müzakirə edəcəklər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampla ikitərəfli görüşdən sonra bəyan edib.
"Şimali Koreya, İran vəSuriyaətrafında müzakirələr aparacağıq”, deyə E.Makron bildirib.
Onun sözlərinə görə, ticarət məsələlərində ABŞ və Fransa arasında ciddi ziddiyyətlər mövcud olsa da, ümumilikdə irəliləyiş mümkündür. "Aramızda açıq söhbət oldu. Xalqlarımız üçün müsbət nəticə əldə etmək naminə kompromisə getməyə hazır olduğumuzu hiss etdim”, deyə E.Makron vurğulayıb.
banner

Oxşar Xəbərlər