• cümə axşamı, 25 aprel, 10:44
  • Baku Bakı 14°C

Makron: Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir

24.01.18 11:50 591
Makron: Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir.
Trend-in məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron Ermənistan prezidenti ilə görüşdən sonra jurnalistlərə deyib.
Fransa prezidenti bildirib ki, Fransa Rusiya və ABŞ-la birgə Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır: "Fransa öz qərəzsiz vasitəçi missiyasına sadiqdir. Biz rusiyalı və amerikalı tərəfdaşlarımız ilə birgə bu münaqişənin həllinə yardım edə biləcək istənilən təşəbbüsə getməyə hazırıq".
E.Makron qeyd edib: "Mən bilirəm ki, sülhün təbliği son dərəcə çətindir və arzu edirəm ki, görüşlər konkret nəticə versin".
Dövlər başçısı Azərbaycan və Ermənistan prezidetləri arasında Cenevrə görüşü, həmçinin bu yaxınlarda Krakovda xarici işər nazirləri səviyyəsində görüşün əhəmiyyətini vurğulayıb.
Fransa prezidenti bu görüşü müsbət kimi xarakterizə edib.
banner

Oxşar Xəbərlər